BAKI, 3 mart. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”in futbolçusu Ceydon Sanço ilə maraqlanır.

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, Superliqa təmsilçisi 25 yaşlı ingilis oyunçunu yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir.

İngiltərə mətbuatında yer alan məlumata görə, “sarı-lacivərtlilər” artıq Ceydon Sanço ilə danışıqlara başlayıb. "Qırmızı Şeytanlar" Sançonun yayda azad agent olaraq komandadan ayrılmasına razıdır.

Qeyd edək ki, hazırda “Aston Villa”da icarə əsasında çıxış edən Ceydon Sanço cari mövsüm klubun heyətindı keçirdiyi 25 oyunda bir qol vurub. "Fənərbağça" futbolçu ilə ötən yay maraqlansa da, transfer son anda baş tutmamışdı.