BAKI, 2 mart. TELEQRAF

"İnter Mayami"nin kapitanı Lionel Messi MLS-in müntəzəm çempionatında "Orlando Siti"yə qarşı keçirilən oyunda (4:2) möhtəşəm cərimə zərbəsi qolu ilə yadda qalıb.

Teleqraf xəbər verir ki, argentinalı hücumçu matçın 90-cı dəqiqəsində təxminən 25 metr məsafədən topu rəqib qapısına göndərib.

Bu qol 38 yaşlı ulduz futbolçunun karyerasında cərimə zərbəsindən vurduğu 70-ci yubiley topu olub. Bu göstərici ilə o, dünya futbolu tarixinin əfsanəsi olan Peleyə çatıb.

Messi cərimə zərbələrindən vurulan qolların sayında yalnız Juninyo Pernambukandurdan (77 qol) geri qalır.