BAKI, 27 fevral. TELEQRAF

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Teleqraf xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Püşkatma nəticəsində bu raundda qarşılaşacaq komandalar müəyyənləşib:

"Genk" (Belçika" - "Frayburq" (Almaniya)

"Roma" (İtaliya) - "Bolonya" (İtaliya)

"Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya)

"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya)

"Panatinaikos" (Yunanıstan) - "Real Betis" (İspaniya)

"Midtüllan" (Danimarka) - "Nottingem Forest" (İngiltərə)

"Selta" (İspaniya) - "Lyon" (Fransa)

"Aston Villa" (İngiltərə) - "Lill" (Fransa)