BAKI, 27 fevral. TELEQRAF

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray"ın da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-11-də, cavab görüşləri isə 17-18-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 mərhələsi

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

"Atletiko Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)

"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)

"Budo/Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)

"Bayer Leverkuzen" (Almaniya) - "Arsenal" (İngiltərə)