BAKI, 25 fevral. TELEQRAF

İtaliyanın “Torino” klubunun azarkeşləri komandanın prezidenti və sahibi Urbano Kairoya qarşı qeyri-adi aksiya keçiriblər.

Teleqraf xəbər verir ki, komandanın çıxışından narazı tərəfdarlar klubun məşq bazasının girişinə peyin töküblər.

Pikapla bazaya gələn azarkeşlər girişi mundarladıqdan sonra sonra əraziyə rəhbərliyi təhqir edən banner də asıblar.

27 xalla A Seriyasının turnir cədvəlində 15-ci pillədə qərarlaşan Turin təmsilçisi aşağı diviziona düşmə zonasından cəmi 3 xal uzaqdadır.

Qeyd edək ki, "Torino" İtaliya Kubokunun 1/4 finalında “İnter”ə uduzaraq mübarizəni dayandırıb. Bu uğursuzluqlardan sonra, fevralın 23-də baş məşqçi Marko Baroni vəzifəsindən kənarlaşdırılıb. 68 yaşlı Urbano Kairo 2005-ci ildən kluba rəhbərlik edir və bu müddət ərzində komanda heç bir titul qazana bilməyib.