BAKI, 22 fevral. TELEQRAF

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçi Oliver Qlasnerin əvəzləyicisini tapıb.

Teleqraf “Football Insider”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyti mövsümünün sonuna qədər bu posta təyin etməyi planlaşdırır.

Qlasnerlə müqavilənin uzadılması ilə bağlı növbəti cəhdin uğursuzluqla nəticələnməsindən sonra klub rəhbərliyi baş məşqçinin yaxın zamanda dəyişdirilməsinə qərar verib.

Qeyd edək ki, Qaret Sautqeyt 1990-cı illərdə “Kristal Pelas”da forma geyinib və 150-dən çox oyun keçirib. O, 2016-2024-cü illərdə İngiltərə millisinin baş məşqçisi olub.