BAKI, 19 fevral. TELEQRAF
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində ilk oyununda Rusiyanın müvafiq yaş qrupu ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirən görüş rusların 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasının heyətində yeganə qolu 59-cu dəqiqədə Nicat Kərimov vurub.
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla qarşılaşacaq.