BAKI, 17 fevral. TELEQRAF

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İtaliyanın "Yuventus" komandası ilə ilk oyununu keçirib.

Teleqraf xəbər verir ki, "Ali Sami Yen" stadionunda təşkil olunan görüşdə İstanbul təmsilçisi rəqibini 5:2 hesabı ilə darmadağın edib.

"Cim-bom"dan Qabriel Sara (15-ci dəqiqə), Noa Lanq (49, 75), Davinson Sançes (60) və Saşa Boey (86) fərqləniblər.

"Qoca sinyora"nın hər iki qolunu isə Tön Kopmeyners vurub.

İtaliya nəhəngi görüşün 67-ci dəqiqəsində müdafiəçisi Xuan Kabalın ikinci sarıdan qırmızı vərəqə alması ilə azlıqda qalıb.

Qeyd edək ki, "Qalatasaray" və "Yuventus" arasındakı cavab oyunu fevralın 25-də keçiriləcək.