BAKI, 16 fevral. TELEQRAF
"Zirə" Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini əldə edib.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, tarixi nailiyyət Azərbaycan Premyer Liqasının XX turunda keçirilən "Karvan-Yevlax"la qarşılaşmaya təsadüf edib.
Doğma meydanda baş tutan görüşdə 1:0 hesabı ilə qalib gələn "qartallar" Sadıqovun rəhbərliyi altında çıxdığı 220-ci sınaqda yubiley qələbəsinə sevinib.
Bu qələbələrdən 82-si Premyer Liqa, 14-ü Azərbaycan Kuboku, 4-ü isə avrokubok matçlarında qeydə alınıb.