BAKI, 11 fevral. TELEQRAF

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini tərtib edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, yenilənmiş siyahıda "Qarabağ" 69-cü pillədən 60-cı sıraya yüksəlib.

Son Azərbaycan çempionunun aktivində 200 xal var.

"Sabah" komandası 96 xalla 224-cü sıradan 211-ə qalxıb. "Zirə" (63 xal) 389-cu pillədən 418-ə, "Araz-Naxçıvan" (59) isə 456-dan 468-ə düşüb.

Qeyd edək ki, cədvələ 595 xalla Fransanın PSJ klubu başçılıq edir.