BAKI, 11 fevral. TELEQRAF

Fransanın "Marsel" klubu baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

De Zerbi 2024-cü ildən komandanın "sükanı arxası"nda idi.

Qeyd edək ki, "Marsel" Liqa 1-də 21 turdan sonra 39 xalla 4-cü pillədə qərarlaşıb. Komanda son oyununda səfərdə PSJ-yə 0:5 hesabı ilə məğlub olub.