BAKI, 10 fevral. TELEQRAF
"Qarabağ" futbolçusu Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" klubu ilə aparılan danışıqları yekun mərhələyə çatdırıb.
Teleqraf Ağdam klubunun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.
Mövcud anlaşmaya əsasən, 22 yaşlı futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.