BAKI, 10 fevral. TELEQRAF
Braziliyanın "Santos" klubunun ulduz futbolçusu Neymar uzun müddətlik zədədən sonra yaşıl meydanlara geri qayıdır.
Teleqraf "Ge globo"ya istinadən xəbər verir ki, 34 yaş.lı oyunçu bazar günü “Velo Klub”a qarşı keçiriləcək görüşdə şans qazana bilər.
Neymar sonuncu dəfə iki aydan çox əvvəl “Kruzeyro” ilə oyunda meydana çıxıb. Dekabrda hücumçu medial meniskin qopması səbəbindən artroskopiya əməliyyatı keçirib.
Qeyd edəkk ki, futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Neymarın bazar dəyəri 10 milyon avrodur.