BAKI, 6 fevral. TELEQRAF
Türkiyənin "Beşiktaş" klubu İngiltərədə oyun təcrübəsi çatışmazlığı yaşayan iki qolkiperi - "Lids Yunayted"dən İllan Melyeni və "Mançester Yunayted"dən Altay Bayındırı heyətinə qatmaqda maraqlıdır.
Teleqraf "talkSPORT"a istinadən xəbər verir ki, cari mövsümdə "Lids"in heyətində bir oyun belə keçirməyən fransalı Melye "Beşiktaş"ın maraq dairəsində olsa da, o, İngiltərəni tərk etmək fikrində deyil.
"Mançester Yunayted"in qapıçısı Altay Bayındır isə Senne Lammensin gəlişindən sonra əsas heyətdəki yerini itirib və cari mövsümdə cəmi 6 qarşılaşmada meydana çıxıb. Türkiyə millisinin üzvü karyerasını vətənində davam etdirmək variantına müsbət yanaşır.
Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi bu gün bağlanacağı üçün "qara qartallar" hər iki keçidi qısa müddətdə rəsmiləşdirməlidir.