ŞAMAXI, 5 fevral. TELEQRAF
Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Şamaxı” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə “şirlər”in qollarını Karim Rossi (26 və 41-ci dəq.), “köhlən atlar”ın yeganə qolunu isə Musa Qurbanlı (79-ci dəq.) vurub.
Tərəflər arasında cavab görüşü martın 3-də keçiriləcək.
Qeyd edək ki, günün növbəti matçında “Turan Tovuz” və “Kəpəz” komandaları üz-üzə gələcək. “Azersun Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.