BAKI, 4 fevral. TELEQRAF

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyununda “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matç qolsuz bərabərliklə bitib.

Görüşü baş hakim Cavid Cəlilov idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü martın 3 və ya 4-də keçiriləcək. Günün növbəti matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.