BAKI, 4 fevral. TELEQRAF
Türkiyə Superliqası təmsilçisi “Fənərbaxça”nın yeni transferi Nqolo Kante klub tarixinə düşüb.
Teleqraf xəbər verir ki, 34 yaşlı futbolçu “sarı-lacivərtlilər"in indiyə qədər yeddinci fransız oyunçusu olub.
“Fənərbaxça” tarixində ilk fransız futbolçu Nikolas Anelka olub. Kante ilə birlikdə Matteo Genduzi və Sidiki Şerif də bu siyahıya daxil edilib.
Sadettin Saran dövründə bu, klubun 5-ci transferidir. Kante həm də “Fənərbaxça”nın 208-ci legioner futbolçusu kimi qeydə alınıb.
Qeyd edək ki, İstanbul təmsilçisi Kante ilə 2028-ci ilədək müqavilə imzalayıb.