BAKI, 4 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldu İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıtmaq üçün danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə “Topskills Sports UK” nəşri məlumat yayıb.
Mənbə bildirir ki, Yunayted klubu ilə futbolçunun tərəfi arasında əlaqələr davam edir. 41 yaşlı portuqaliyalı hücumçu hazırda maaşının kəskin azaldılmasına razıdır.
Bildirilir ki, onun transferi üçün çıxış ödənişi 50 milyon avro təşkil edir. Daha öncə Ronaldunun “Əl-Nəsr”dəki vəziyyətdən narazı olduğu və iyunda klubdan ayrıla biləcəyi iddiaları vardı.
Qeyd edək ki, cari mövsümdə Ronaldu 22 matçda iştirak edib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. Ulduz futbolçu “Mançester Yunayted”də 2003–2009 və 2021-ci ilin avqustundan 2022-ci ilin noyabrına qədər çıxış edib.