BAKI, 31 yanvar. TELEQRAF

İspaniya təmsilçisi “Real Sosyedad” Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Ueslini transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı oyunçu 2025/26 mövsümünün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, cari mövsümdə Uesli “Əl-Nəsr”in heyətində 18 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.