BAKI, 29 yanvar. TELEQRAF

Aleksis Makkalister 62-ci dəqiqədə özünün ikinci, komandasının isə 5-ci qolunu vurdu.

01:15

***

57-ci dəqiqədə Uqo Ekitike fərqi dördə çatdırdı.

01:08

***

51-ci dəqiqədə "Liverpul"un misirli vingeri Məhəmməd Salah cərimə zərbəsindən fərqləndi - 3:0.

01:03

***

"Enfild"də təşkil olunan görüşdə ikinci hissə başladı.

00:47

***

Oyunda ilk hissə başa çatdı. "Liverpul" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edir.

00:21

***

"Liverpul"un futbolçusu Florian Virts 21-ci dəqiqədə fərqi artırır.

00:15

***

"Liverpul"un futbolçusu Aleksis Makkalister 15-ci dəqiqədə hesabı açır.

00:00

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən "Liverpul" - "Qarabağ" matçı start götürüb.

Teleqraf xəbər verir ki, İngiltərədəki "Enfild" stadionunda təşkil olunan oyunun baş hakimi slovakiyalı İvan Krujlyakdır.