BAKI, 26 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasında əsas mərhələsinin VIII turunda baş tutacaq "Liverpul" - "Qarabağ" matçının baş hakimi açıqlanıb.
Teleqraf xəbər verir ki, matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Ona Branislav Hantsko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviçə həvalə olunub.
VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq olacaqlar.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə "Enfilld" stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.