BAKI, 23 yanvar. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun karyerasını bitirəcəyi tarix məlum olub.
Teleqraf "euro-football.ru"ya istinadən xəbər verir ki, 40 yaşlı forvard mövcud müqaviləsi başa çatdıqdan sonra, yəni 2027-ci ilin yayında klubdan ayrılarkən futbola vida edə bilər.
Beşqat "Qızıl Top" sahibi Ronaldu həmin vaxt 42 yaşında olacaq.
Qeyd edək ki, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edən 40 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatında 16 oyunda 16 qol vuraraq bombardirlər siyahısına başçılıq edir.