BAKI, 23 yanvar. TELEQRAF

Fransanın “Renn” klubu Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Sebastyan Şimanskini transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Transferin məbləğinin 10,5 milyon avro təşkil etdiyi bildirilir. Polşalı futbolçunun 2019–2022-ci illərdə çıxış etdiyi keçmiş klubu “Dinamo” bu keçiddən 1 milyon avrodan bir qədər çox vəsait əldə edəcək.

Qeyd edək ki, Sebastyan Şimanski 2023-cü ilin yayından "Fənərbağça"da çıxış edib. O, cari mövsüm Superliqa təmsilçisində bütün turnirlər üzrə 26 oyunda meydana çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.