BAKI, 17 yanvar. TELEQRAF
Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” Fransa millisinin üzvü Nqolo Kante ilə prinsipial razılıq əldə edib.
Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun transferi ilə bağlı sənəd işləri bu gün tamamlanacağı halda, sabah Türkiyəyə gələcək.
Kante Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə mövsüm sonunda bitəcək müqaviləsini uzatmaqdan imtina edib və “Fənərbağça” ilə 2,5 illik müqavilə imzalayacaq.
Sabiha Gökçen Hava Limanı Nqolo Kante üçün “sarı-lacivərtli” rənglərə bürünəcək. “Fənərbağça” rəhbərliyi ulduz futbolçu üçün Şükrü Saracoğlu Stadionunda parlaq bir imza mərasimi keçirməyi də planlaşdırır.
Qeyd edək ki, Kante “Əl-İttihad”la 102 oyuna çıxıb, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt futbolçunun bazar dəyərini 4,5 milyon avro qiymətləndirir.