BAKI, 16 yanvar. TELEQRAF
Türkiyə "Kasımpaşa"sı İsveçin "Myöllbü" klubuna futbolçu Abdullah İqbal üçün təklif göndərib.
Teleqraf xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
"Kasımpaşa" 23 yaşlı müdafiəçini transfer dönəminin sonuna qədər heyətinə qatmaq niyyətindədir.
"Myöllbü" sərfəli təklif gələcəyi təqdirdə pakistanlı oyunçusunu satmağa hazırdır.
Qeyd edək ki, Abdullah İqballa "Qarabağ", "Kolambus Krü" (ABŞ), "Ferentsvaroş" (Macarıstan) və "Gent" (Belçika) klubları da maraqlanır. Onun "Myöllbü" ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.