BAKI, 6 yanvar. TELEQRAF

Türkiyə Superkubokunda yarımfinal mərhələsinin növbəti oyunu “Fənərbağça” və “Samsunspor” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, “Yeni Adana” stadionunda reallaşan qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 4-cü dəqiqədə Kərəm Aktürkoğlu açıb. 67-ci dəqiqədə isə Con Duran fərqi artırıb.

Samsunluların yarımmüdafiəçisi Antuan Makumbu 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bununla da “Fənərbağça” Superkubokun həlledici oyununda “Qalatasaray”a rəqib olub.

Final qarşılaşması yanvarın 10-da təşkil olunacaq.

Qeyd edək ki, “Qalatasaray” yanvarın 5-də “Trabzonspor” üzərində inamlı qələbə qazanmışdı - 4:1.