BAKI, 29 dekabr. TELEQRAF
Türkiyə təmsilçisi “Qalatasaray” qış transfer pəncərəsində İtaliyanın “Piza” klubunda çıxış edən 19 yaşlı futbolçu İsak Vuralı heyətinə qatmaq istəyir.
Teleqraf xəbər verir ki, Superliqa klubu gənc yarımmüdafiəçi ilə ilkin təmaslara keçib.
Transfer xüsusilə baş məşqçi Okan Burukun istəyi ilə həyata keçirilir.
Xatırladaq ki, Vural cari mövsümdə 9 oyunda 437 dəqiqə meydana çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb. Stokholm doğumlu futbolçu karyerasına “Hammarbi”nin akademiyasında başlayıb, “Benfika” U-15 və U-17 komandalarında çıxış edib, daha sonra “Fənərbağça” və yenidən “Hammarbi”də oynayıb. 2023–24 mövsümündə “Frozinone”dən 4,5 milyon avroya “Piza”ya transfer olunub.