BAKI, 27 dekabr. TELEQRAF
“Qalatasaray” və “Fənərbağça” “Milan”ın formasını geyinən fransalı ulduz Kristofer Nkunku üçün rəsmi danışıqlara başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.
“Milan” mövsümün əvvəlində “Çelsi”dən 37 milyon avro qarşılığında transfer etdiyi 28 yaşlı hücumçu üçün 35 milyon avro tələb edir.
Həmçinin, Premyer Liqa klubları və “Yuventus” Nkunkunu izləsə də, lakin indiyədək ən konkret təkliflər “Qalatasaray” və “Fənərbağça”dan gəlib.
Qeyd edək ki, futbola PSJ-nin akademiyasında başlayan Nkunku daha sonra “Leypsiq”, “Çelsi” və “Milan” formalarını geyinib. O, 2022–2023 mövsümündə Bundesliqada bombardir olub və “İlin futbolçusu” mükafatını qazanıb. Super Liqanın ilk yarısını “Qalatasaray” 42 xalla lider, “Fənərbağça” isə 39 xalla ikinci pillədə başa vurub.