BAKI, 25 dekabr. TELEQRAF

İngiltərənin "Arsenal" klubu İtaliya "Milan"ının futbolçusu Davide Bartezagini transfer etmək istəyir.

Teleqraf “La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "topçular" 19 yaşlı müdafiəçini heyətinə qatmaqda israrlıdır.

Lakin İtaliya klubu öz yetirməsini asanlıqla buraxmaq niyyətində deyil. "Milan" rəhbərliyi Bartezagini gələcək layihələrinin mühüm bir hissəsi hesab edir.

Qeyd edək ki, Davide Bartezagi 6 yaşından “Milan” sistemindədir. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir.