TOVUZ, 13 dekabr. TELEQRAF
“Turan Tovuz” azarkeşləri Kurban Berdıyevi istefaya səsləyib.
Teleqraf-ın məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XV turunda “Sabah”a 1:3 hesabı ilə uduzduqları matçda baş verib.
Belə ki, tovuzlular qonaq komandanın 2-ci qolundan sonra özündən çxaraq Berdiyevi kütləvi şəkildə istefaya səsləyib. Həmçinin tamaşaçıların bir qismi stadionu daha erkən tərk edib.
Qeyd edək ki, matç “bayquşlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.