BAKI, 13 dekabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Şamaxı" və "Zirə" komandaları üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüşün baş hakımı İnqilab Məmmədov olacaq.

Günün digər oyunu isə "Turan Tovuz" və "Sabah" arasında baş tutacaq. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma Əliyar Ağayevə həvalə olunub.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XV tur

13 dekabr

14:00. “Şamaxı” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Erkin Hüseynov

Şamaxı şəhər stadionu.

16:30. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

Tovuz şəhər stadionu.