BAKI, 8 dekabr. TELEQRAF

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın "Dinamo Mahaçqala" klubunun azarkeşlərini tənqid edib.

Teleqraf xəbər verir ki, 73 yaşlı mütəxəssis bunu Dağıstan təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

"Kazan və Rostov azarkeşlərinin nümunəsi onların kluba olan sevgisini və sədaqətini aydın şəkildə əks etdirir. Kaş ki, Dağıstanda belə azarkeşlər - çətin anlarda komandanın yanında olanlar olaydı. İnanın mənə, oyunçular bu gün nəticə əldə etmək üçün əllərindən gələni edirlər. Onlara qarşı tənqidi, bəzən təhqiramiz ifadələr səslənəndə bu, çox ağır olur. Bu, birbaşa onların vəziyyətinə təsir edir. Azarkeşlərin indi baş verənlərə necə reaksiya verdiyini eşitmək məni çox kədərləndirir. Məhz bu dövrdə komandanın yanında olmalı və onları dəstəkləməliyik. Əsl azarkeş qışqıran və tənqid edən deyil. Əsl azarkeş çətin anlarda komandanı dəstəkləyən və inanan, bu inamla oyunçulara və klub rəhbərliyinə təsir etməyi bacarandır", deyə Berdıyev söyləyib.

Qeyd edək ki, "Dinamo Mahaçqala" Rusiya çempionatında 18 turdan sonra 15 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Kurban Berdıyev 2023-cü ildə bu klubun baş məşqçisi olub.