BAKI, 8 dekabr. TELEQRAF

Braziliya millisinin və “Santos”un ulduz futbolçusu Neymar DÇ-2026-nı buraxa bilər.

Teleqraf xəbər verir ki, buna səbəb 33 yaşlı braziliyalı futbolçunun dizindən əməliyyat olunmasıdır.

Bu durum Neymarın 2026-cı il mundialında iştirak ehtimalını ciddi şəkildə təhlükə altına salıb.

Xatırladaq ki, Braziliya millisinin bütün dövrlər üzrə ən çox qol vuran futbolçusu olan Neymar (128 oyunda 79 qol), 2023-cü ilin oktyabrında Uruqvaya qarşı keçirilən matçdan bəri zədə səbəbindən milli komandanın heyətində yer almır. O, 2025-ci ilin yanvarında Səudiyyə Ərəbistanının “Al-Hilal” klubundan “Santos”a qayıtdıqdan sonra 18 ay ərzində cəmi 7 oyunda iştirak edə bilib.