BAKI, 8 dekabr. TELEQRAF

Türkiyə Super Liqası təmsilçisi “Trabzonspor” qış transfer dönəmində “Fənərbağça”nın futbolçusu İrfan Can Kahvecini heyətinə qata bilər.

Teleqraf “Fanatik”ə istinadən xəbər verir ki, baş məşqçi Fatih Tekke 28 yaşlı ulduz oyunçunu heyətində görmək istədiyini rəhbərliyə çatdırıb.

Klub prezidenti Ertuğrul Doğan da bu istəyə müsbət yanaşıb və yaxın günlərdə rəsmi təmasların başlanacağı gözlənilir.

“Trabzonspor” bu keçidi “almaq opsiyonu ilə icarə” ilə reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, “Fənərbağça” hazırda 33 xalla Super Liqanın turnir cədvəlində üçüncü, “Trabzonspor” isə 34 xalla ikinci pillədə yer alır. Kahveci sonm oyunlarda əsas heyətdəki yerini itirib.