BAKI, 5 dekabr. TELEQRAF

Fransanın "Loryen" klubu "Qarabağ"ın ötən yaydan maraqlandığı futbolçusu Sambu Sumano ilə bağlı qərar verib.

Teleqraf Afrika mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 24 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini uzatmaq niyyətindədir.

"Loryen"in rəhbərliyi ilə seneqallı oyunçu arasında ilkin razılıq əldə olunub.

Qeyd edək ki, "Qarabağ" ötən yay Sambu Sumanonu 2,5+0,5 milyon avro qarşılığında heyətinə qatmağa yaxın idi. Ağdam təmsilçisi futbolçunun özü ilə 3+1 illik müqaviləni razılaşdırmışdı.

Sumano cari mövsüm ərzində meydana çıxdığı 14 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.