BAKI, 4 dekabr. TELEQRAF

AFFA İntizam Komitəsi "İmişli" klubunu cəzalandırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb bölgə təmsilçisinin "Sabah"la keçirilən Azərbaycan Premyer Liqasının XIII tur oyununda azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi olub.

Komitə "İmişli"ni 3000 manat məbləğində cərimə edib.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma "Sabah"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.