BAKI, 4 dekabr. TELEQRAF

Şotlandiyanın "Seltik" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu posta Vilfrid Nensi təyin olunub.

48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Nensi daha əvvəl MLS təmsilçiləri "Monreal İmpekt"lə "Kolambus Krü" klublarını çalışdırıb.

Qeyd edək ki, "Seltik" hazırda Şotlandiya Premyer Liqasında 32 xalla ikinci pillədə qərarlaşıb.