BAKI, 30 noyabr. TELEQRAF

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi tarixin ən çox məhsuldar ötürmə edən oyunçusu olub.

Teleqraf xəbər verir ki, argentinalı hücumçu buna MLS-in pley-off mərhələsinin “Nyu-York Siti” ilə oyununda məhsuldar ötürmə edərək nail olub.

38 yaşlı futbolçu karyerasında 405-ci məhsuldar ötürməsini edərək bu göstəricidə rekordçu olan əfsanəvi macar hücumçu Ferens Puşkaşı (404) geridə qoyub.

Qeyd edək ki, “İnter Mayami” “Nyu-York Siti”ni 5:1 hesabı ilə məğlub edərək finala yüksəlib.