BAKI, 24 noyabr. TELEQRAF

İspaniya "Real Madrid"inin futbolçusu Vinisius Junior qış transfer pəncərəsində klubdan ayrıla bilər.

Teleqraf xəbər verir ki bu barədə məşhur insayder Əkrəm Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı hücumçu İngiltərənin "Mançester Siti" ilə "Çelsi", eləcə də bir neçə Səudiyyə Ərəbistanı komandalarının maraq dairəsinə düşüb.

25 yaşlı Vinisius 2018-ci ildən "Real Madrid"də çıxış edir. O, bu mövsüm 23 oyun keçirib, altı qol vurub və beş məhsuldar ötürmə edib. Juniorun Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.