BAKI, 21 noyabr. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis məhkəmə qarşısına çıxacaq.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, o və baş direktor Andrea Çiavelli 2019-2021-ci illər üçün maliyyə hesabatlarını saxtalaşdırmaqda ittiham olunurlar.
Dinləmə gələn ilin dekabrında Romada keçiriləcək.
İtaliya hüquq mühafizə orqanlarının müstəntiqləri hesab edirlər ki, hazırda Türkiyə "Qalatasaray"ın çıxış edən Viktor Osimhenin "Napoli"yə keçidində saxtakarlıq olub. O, 2020-ci ildə Fransanın "Lill" klubundan transfer edilən zaman gənc oyunçular Mansi, Palmyeri və Liquori süni mənfəət yaratmaq üçün onun keçidinin bir hissəsi olublar.
Yunanıstanlı müdafiəçi Kostas Manolasın da Neapol təmsilçisi ilə bağladığı müqavilə saxtakarlığa məruz qalıb. De Laurentis və Çiavelli bütün ittihamları rədd edirlər.
Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də qarşılaşacaq.