BAKI, 19 noyabr. TELEQRAF

İspaniya yığması DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində tarixi nailiyyətə imza atıb.

Teleqraf xəbər verir ki, VI turda Türkiyə ilə baş tutan qarşılaşmadan (2:2) sonra komanda rəsmi matçlarda ardıcıl 31 oyun məğlub olmayaraq dünya rekordunu təkrarlayıb.

Beləliklə, Luis de la Fuentenin futbolçuları 2023-cü ildən bəri heç bir rəqibə əsas vaxtda uduzmamaqla İtaliyanın 2018–2021-ci illərdə müəyyənləşdirdiyi göstəriciyə çatıb. İspaniya millisi son dəfə rəsmi oyunda 2023-cü ilin martında Şotlandiyaya qarşı Avro-2024-ün seçmə mərhələsində məğlub olmuşdu — 0:2.

Bu dönəmdə komanda Millətlər Liqasının 2023-cü il buraxılışında və Avro-2024-də çempionluq qazanıb. Qeyd edək ki, ispanlar ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına artıq vəsiqəni təmin ediblər.