BAKI, 19 noyabr. TELEQRAF
UEFA zonası üzrə DÇ-2026-nın seçmə mərhələsinin ən yaxşı bombardiri müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu ada “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Holann layiq görülüb.
Hücumçu 16 qol vurub və 2 qol ötürməsi edib.
İkinci pillədə Niderland yığmasının forvardı Memfis Depay qərarlaşıb (8 qol + 4 assist).
Üçüncü yerdə isə Avstriya millisinin hücumçusu Marko Arnautoviçdir (8 qol + 1 assist). İngiltərə yığmasının hücumçusu Harri Keyn də 8 qol vurub, lakin heç bir məhsuldar ötürmə etməyib.