BAKI, 16 noyabr. TELEQRAF
İngiltərə polisi noyabrın 8-də "Tottenhem" - “Mançester Yunayted” matçı (2:2) zamanı qonaqların futbolçusu Meyson Mauntu təhqir etdiyi iddia edilən 19 yaşlı azarkeşi həbs edib.
Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, azarkeşin stadiondan çıxarılması işçilərdən birinin onun "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi haqqında təhqiramiz ifadələr işlətdiyini eşitməsindən sonra baş verib. Daha sonra işçi hadisə barədə polisə məlumat verib.
O, istintaq aparılana qədər girov müqabilində azadlığa buraxılıb.
Maunt özü azarkeşin təhqiramiz ifadələrini eşitməyib.