BAKI, 13 noyabr. TELEQRAF

“Bizim üçün çətin oyun idi. Amma nəticədən razıyam”.

Teleqraf xəbər verir ki, bunu İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson Bakıda Azərbaycan yığmasını 2:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilk hissədə daha yaxşı oynadıqlarını bildirib: “İkincidə isə Azərbaycan millisi daha yaxşı çıxış etdi. Lakin, qapımızı toxunulmaz saxlaya bildik. İlk oyundan fərqli olaraq rəqib fiziki cəhəddən artırıb. Hesabda geri düşdükdən sonra təzyiqi artırdılar. Onu da demək istəyirəm ki, komandam buna yaxşı cavab verdi”.