BAKI, 23 oktyabr. TELEQRAF

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində III turun oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" Almaniyanın "Ştutqart" klubunu qəbul edəcək.

Qeyd edək ki, Avropa Liqasında növbəti turun matçları 6 noyabrda təşkil olunacaq.

UEFA Avropa Liqası

Əsas mərhələ

III tur

18:30. "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan)

20:45. "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya)

20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya)

20:45. "Brenn" (Norveç) - "Reyncers" (Şotlandiya)

20:45. FKSB (Rumıniya) - "Bolonya" (İtaliya)

20:45. "Qou Ehid İqls" (Niderland) - "Aston Villa" (İngiltərə)

20:45. "Genk" (Belçika) - "Real Betis" (İspaniya)

20:45. "Lion" (Fransa) - "Bazel" (İsveçrə)

20:45. "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan)

23:00. "Roma" (İtaliya) - "Viktoriya Plzen" (Çexiya)

23:00. "Selta Viqo" (İspaniya) - "Nitsa" (Fransa)

23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya)

23:00. "Frayburq" (Almaniya); - "Utrext" (Niderland)

23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan)

23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullan" (Danimarka)

23:00. "Malmö" (İsveç) - "Dinamo Zaqreb" (Xorvatiya)

23:00. "Nottingem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)

23:00. "Yanq Boyz" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan).