BAKI, 17 oktyabr. TELEQRAF

İsrailin "Makkabi Təl-Əviv" klubunun azarkeşləri təhlükəsizlik baxımından noyabrın 6-da İngiltərədə "Aston Villa" ilə keçiriləcək Avropa Liqasının IV tur oyununa buraxılmayacaqlar.

Teleqraf xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı sərt tənqid edib.

"Utancverici bir qərar! Böyük Britaniya hakimiyyətini bu qorxaq qərarı ləğv etməyə çağırıram!", - deyə Saar yazıb.

Qeyd edək ki, "Makkabi Təl-Əviv" komandası ilk iki turdan sonra bir xalla turnir cədvəlinin 30-cu pilləsində qərarlaşıb.