BAKI, 14 oktyabr. TELEQRAF
İtaliya "Yuventus"unun futbolçusu Kənan Yıldız komandasını dəyişə bilər.
Teleqraf "Defensa Central"a istinadən xəbər verir ki, türkiyəli hücumçu İspaniyanın "Real Madrid" klubunun maraq dairəsinə düşüb.
"Kral klubu" 20 yaşlı oyunçunu komandadan ayrılacağı gözlənilən Vinisius Juniora əvəzedici kimi görür.
Yıldızla İngiltərənin "Arsenal", "Çelsi", "Mançester Yunayted", eləcə də Almaniyanın "Bavariya" klubları da maraqlanır.
Qeyd edək ki, Kənan Yıldızın "Yuventus"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsüm ərzində meydana çıxdığı 8 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.