BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan millisinin Polşanın Krakov şəhərində Ukrayna ilə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununa satılan biletlərin sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, "Krakoviya" stadionunda təşkil olunacaq görüşə 6 000 bilet satılıb.

Bu barədə "Terrikon" saytı məlumat yayıb.

Arena ümumi olaraq 15 000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu gün keçiriləcək Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.