BAKI, 2 oktyabr. TELEQRAF
Türkiyənin “Fənərbağça” klubunun futbolçusu İrfan Can Eğribayat zədələnib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qapıçının məşq zamanı sağ ayaq baş barmağına aldığı zərbə nəticəsində qırıq aşkarlanıb.
Qolkiperin 2-3 həftə meydana çıxmayacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda bu gün saat 20:45-də Fransanın "Nitsa" klubunu qəbul edəcək.