BAKI, 26 sentyabr. TELEQRAF

UEFA Avropa Liqasının əsas mərhələsində I tura yekun vurulub.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha 9 görüş keçirilib.

Turnirin favoritlərindən olan İngiltərənin “Aston Villa” komandası doğma meydanda İtaliya “Bolonya”sını 1:0 hesabı ilə məğlub edib.

Portuqaliyanın “Portu” klubu isə Avstriyada “Salzburq”dan güclü olub - 1:0.

Qeyd edək ki, növbəti turun oyunları oktyabrın 2-də təşkil olunacaq.

UEFA Avropa Liqası

Əsas mərhələ

I tur

25 sentyabr

20:45. "Qo Ehid İqls" (Niderland) – FKSB (Rumıniya) 0:1

20:45. "Lill" (Fransa) - Brann (Norveç) 2:1

23:00. "Yanq Boyz" (İsveçrə) – "Panatinaikos" (Yunanıstan) 1:4

23:00. "Salzburq" (Avstriya) – "Portu" (Portuqaliya) 0:1

23:00. "Utrext" (Niderland) – "Lion" (Fransa) 0:1

23:00. "Reyncers" (Şotlandiya) – "Genk" (Belçika) 0:1

23:00. "Ferentsvaroş" (Macarıstan) – "Viktoriya Plzen" (Çexiya) 1:1

23:00. "Ştutqart" (Almaniya) – "Selta" (İspaniya) 2:1

23:00. "Aston Villa" (İngiltərə) - "Bolonya" (İtaliya) 1:0